📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə arda-arda güclü zəlzələ oldu

2024-10-17 13:46:14

Türkiyədə arda-arda güclü zəlzələ oldu

Türkiyənin Sivas şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, bu zəlzələdən 10 dəqiqə sonra 4,1 bal gücündə ikinci zəlzələ də qeydə alınıb.

İlk zəlzələ yerin 10,57 kilometr, ikinci zəlzələ isə 22,98 kilometr dərinliyində meydana gəlib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Hadisə ilə bağlı açıqlama verən Sivas valisi Yılmaz Şimşək bildirib ki, zəlzələ zamanı məktəblərin birində olub:

"Şəhərdə məktəblərlə bağlı tətil elan oluna bilər".

Qeyd edək ki, ötən gün Türkiyənin Malatya vilayətinin Qala rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 555 binaya ziyan dəymiş, yaralananlar olmuşdu./axar.az/