📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə Avropanın ən böyük qaz anbarı istifadəyə verildi

2022-12-16 20:43:00

Türkiyədə Avropanın ən böyük qaz anbarı istifadəyə verildi

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Silivri yeraltı təbii qaz anbarı müəssisəsinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak edərəkən Türkiyənin təbii qaz qovşağına çevrilməsi planlarından danışaraq deyib: “Putin ilə danışıqlarımızı apardıq, addımlarımızı atırıq. Trakya təbii qaz, enerji sahəsində mərkəzə çevriləcək”.

Ərdoğan Silivri qaz anbarının ölkənin tələbatının ən yüksək hala çatdığı zaman belə dörddə birini təmin edəcək həcmdə olduğunu bildirib. Yenidənqurmadan sonra həcmi 4,6 milyard kubmetrdə çatan Silivri anbarının Avropanın ən böyük yeraltı qaz anbarına çevrildiyini söyləyib.

Hürr Tərcüman