📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə Azərbaycanın xüsusi təlim keçmiş itləri 15 canlını dağıntılar altında aşkarlayıb

2023-02-13 21:35:00

Türkiyədə Azərbaycanın xüsusi təlim keçmiş itləri 15 canlını dağıntılar altında aşkarlayıb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim keçmiş itləri Türkiyənin Kahramanmaraş şəhərində 15 nəfəri dağıntılar altında aşkarlayıb.

Hurriyyet.Az bildirir ki, bu barədə Report-un Türkiyəyə ezam olunmuş əməkdaşına FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, xüsusi təlim keçmiş itlər uçqunlar altında 27 meyiti aşkar edib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.