📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə azərbaycanlı uçqun altında qalıb öldü - FOTO

2022-07-01 11:05:00

Türkiyədə azərbaycanlı uçqun altında qalıb öldü - FOTO

Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı azərbaycanlı sürücü həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasından (ABADA) bildirilib.

Qeyd edilib ki, uçqun nəticəsində Türkiyə vətəndaşları olan daha iki TIR sürücüsü xəsarət alıb: “Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb”.