📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır

2026-02-09 13:56:50

Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır

Türkiyə hakimiyyəti, tərkibində sereulid toksini olduğuna görə “Danone” şirkətinin “Aptamil” körpə qidasının satışının qadağan edildiyini açıqlayıb.

Publika.az  xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin mətbuat açıqlamasında deyilir:

"Tərkibində uşaqların sağlamlığı üçün təhlükə yaradan toksin serulid olduğuna görə əvvəllər Türkiyəyə idxal edilən “Aptamil First” körpə qarışığının geri çağırılması prosesi başlayıb. Alınan qarışığı istehlak etməməyinizi və mağazalara qaytarmağınızı xahiş edirik".

Yanvar ayında Türkiyə hakimiyyəti “Nestle”nin “SMA Optipro” körpə qidasını geri çağırmışdı.