📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə cənazə daşıyan avtobus aşıb, 31 nəfər yaralanıb

2026-11-21 14:52:36

Türkiyədə cənazə daşıyan avtobus aşıb, 31 nəfər yaralanıb

Türkiyənin Amasya vilayətində İstanbuldan cənazə aparan avtobusun aşması nəticəsində 31 nəfər xəsarət alıb.

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza noyabrın 21-də səhər saatlarında Amasya–Göynücek avtomobil yolunda baş verib. mobile.aa.com.tr

Amasya valiliyinin məlumatına görə, İstanbulun Sultanqazi bələdiyyəsinə məxsus avtobus Göynücek rayonunun Həsənbəyli kəndində keçiriləcək dəfn mərasiminə gedirmiş. Nəqliyyat vasitəsi Gözlək kəndi ərazisində yağışdan sürüşkən olan yolda idarəetmədən çıxaraq aşıb. Habertürk Yerel Haberler

Qəza nəticəsində 27 nəfər yüngül, 4 nəfər isə orta dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanıb.