📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb

2026-11-22 16:53:00

Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb

Türkiyənin Antalya şəhərində yerləşən Kəpəz Bələdiyyəsində polis əməliyyatı keçirilib.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, səhər saatlarında baş tutan əməliyyat zamanı bələdiyyənin bürokratları və əməkdaşları da daxil olmaqla, 10 nəfər saxlanılıb.

Onların bir qisminin yaşadıqları ünvanlardan götürüldüyü bildirilir.

Saxlanılanlar arasında Kəpəz Bələdiyyəsinin sədri Mesut Kocagözün olmadığı qeyd edilib.

Səlahiyyətli qurumlar əməliyyatın davam etdiyini və saxlanılanların sayının arta biləcəyini bildiriblər.