Türkiyədə daha iki AES tikilə bilər
2023-04-27 19:46:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə hökuməti tez bir zamanda daha iki Atom Elektrik Stansiyasının tikilməsi layihəsinin müzkirəsinə başlamağı planlaşdırır. Bu barədə açıqlamanı Prezident R.T.Ərdoğan bu gün “Akkuyu” AES-ə yanacaq verilişi mərasimi zamanı verib. O, “Akkuyu”nin artıq 2028-ci ildə tam həcmdə çalışa və Türkiyənin elektrik enerjisinin 10%-ni təmin edə biləcəyini xəbər verib. Bununla da ölkənin qaz idxalına yönəlmiş xərci ildə 1,5 milyard dollara qədər azalacaq və bu da Türkiyə iqtisadiyyatına müsbət təsir göstərəcək.
Ərdoğan “Akkuyu” AES-in Rusiya ilə Türkiyənin ən böyük birgə investisiya layihəsi olduğunu və stansiyaya 20 milyard dollardan artıq sərmayə qoyulduğunu xəbər verib.
Hürr Tərcüman