Türkiyədə daş kömür mədənində partlayış olub, dağıntılar altında qalanlar var
2022-10-14 21:58:00
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.
Hurriyyet.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.
Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir. \\Report