📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə də 3 günlük matəm elan olundu

2023-10-18 17:23:38

Türkiyədə də 3 günlük matəm elan olundu

Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) məlumat yayıb.

Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.

Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.

Qeyd edək ki, Qəzza zolağında yerləşən xəstəxanaya hücum nəticəsində 800 nəfər həyatını itirib./Axar.az/