📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə dəhşət - 9 nəfər yanaraq öldü

2022-11-09 10:17:00

Türkiyədə dəhşət - 9 nəfər yanaraq öldü

Türkiyənin Bursa vilayətində dəhşətli yanğın olub. Hadisə nəticəsində azı doqquz nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, yanğın şəhərin Yıldırım rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə ilə bağlı Bursa valisi Yakup Canbolat açıqlama verib. Bildirilib ki, yanğın binanın orta mərtəbəsində suriyalı ailənin yaşadığı mənzildə baş verib.

İlkin məlumata əsasən, yanğında doqquz nəfər ölüb. Bir ailənin üzvü olduqları ehtimal edilən bu şəxslərdən səkkizi azyaşlı, biri isə qadındır. Qadının uşaqların anası olduğu ehtimal edilir.

Yanğının səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

yenisabah.az