Türkiyədə dəhşətli terror: 8 polis əməkdaşı...
2022-12-16 09:06:00
Türkiyədə Diyarbakır-Mardin yolunda polisləri daşıyan avtomobilin yaxınlığında partlayış törədilib.
Hurriyyet.az xəbər verir ki, içərisində polislərin olduğu xidmət avtomobili hərəkət edərkən yol kənarında içərisind bomba olan digər bir maşın partladılıb.
Hadisə nəticəsində 9 nəfər yaralanıb.
Hücumla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisəni törətməkdə şübhəli bilinən 2 nəfərin saxlanıldığını bildirib.
İnsidentlə bağlı araşdırma davam edir.


qafqazinfo.az