Türkiyədə dəhşətli yol qəzası - çox sayda ölən və yaralanan var
2024-08-09 11:18:41
Hurriyyet.az xəbər verir ki, Türkiyədə, Ankara-Eskişehir magistral yolunda sərnişin avtobusu yoldan kənara çıxaraq aşıb və körpünün dayağına çırpılıb.
NTV-nin verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər həlak olub, 26 nəfər yaralanıb.
İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yatması səbəbindən baş verib.
Hürr Tərcüman