📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə deputat ailəsi ilə birgə dağıntılar altında qalıb

2023-02-06 13:40:00

Türkiyədə deputat ailəsi ilə birgə dağıntılar altında qalıb

Türkiyədə zəlzələ nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Adıyamanı təmsil edən deputatı Yakup Taş və ailəsi dağıntılar altında qalıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb.

Məlumata görə, Yakup Taşın olduğu yer təyin edilib və hazırda xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb.