📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə dolların məzənnəsi kəskin artacaq

2024-02-16 19:57:00

Türkiyədə dolların məzənnəsi kəskin artacaq

Türkiyə Mərkəzi Bankı tərəfindən sorğu edilən bazar iştirakçıları inflyasiyanın ilin sonuna qədər 42%-i keçəcəyini proqnozlaşdırırlar.

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

“Fevral ayı sorğusunun nəticələrinə görə, ilin sonunda gözlənilən inflyasiya səviyyəsi 42,04%, dolların məzənnəsinin isə 40 lirə səviyyəsində olacağı gözlənilir”, – məlumatda deyilib.

Qeyd edək ki, fevralın əvvəlində dollar 30 lirə həddini keçərək tarixi rekord qırmışdı.

Hazırda dollar 30,8 lirəyədir.//Axar.az