Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı
2024-05-17 16:51:42
Türkiyədə hüquq-mühafizə orqanlarının əməkdaşları 22 vilayətdə genişmiqyaslı antiterror əməliyyatı keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, əməliyyat nəticəsində PKK ilə əlaqəsi olan 239 şübhəli şəxs saxlanılıb.
Keçirilən tədbirlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən odlu silah-sursat, o cümlədən külli miqdarda təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb./axar.az/