📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə fabrikdə partlayış - 13 ölü, 3 yaralı - Foto - Yenilənib

2024-12-24 10:56:36

Türkiyədə fabrikdə partlayış - 13 ölü, 3 yaralı - Foto - Yenilənib

Türkiyənin Balıkesir şəhərində partlayıcı maddələrin istehsal edildiyi fabrikdə partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Həmçinin binada çökmə baş verib.

Partlayışın səbəbi isə hələlik məlum deyil. (Qafqazinfo)

***

Türkiyənin Balıkesir şəhərində partlayıcı maddələrin istehsal edildiyi fabrikdə partlayış zamanı ölənlərin sayı 13 nəfərə çatıb.