📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub

2024-05-11 23:53:49

Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub

Türkiyədə Kayseridən İstanbula uçan təyyarəni ildırım vurub.

Bu barədə “Record Haber” məlumat verib.

Təyyarədə "Kayeserispor" klubunun futbolçuları olub.

Komandanın futbolçuları və məşqçiləri arasında xəsarət alan olmayıb.

Qeyd olunur ki, bu, komandanın "Fənərbağça" ilə oyun üçün İstanbula yola düşüblər.

Təyyarə yenidən hava limanına qayıtmalı olub.

"Fənərbaxça" - "Kayserispor" matçı mayın 12-si Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. \\Cebhe.info