📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə güclü partlayış: yaralılar var - Video

2023-08-07 17:11:00

Türkiyədə güclü partlayış: yaralılar var - Video

Türkiyənin Kocaeli vilayətindəki Derince limanında partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində dörd nəfər yaralanıb.

Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.

***

Məlumata görə, partlayış gəmiyə taxıl yüklənən zaman elevatorların birində baş verib.

Partlayış zamanı yaralılanların sayı 10-a çatıb.