Türkiyədə güclü ZƏLZƏLƏ OLDU
2023-08-11 00:36:00
Malatyanın Yeşilyurt rayonunda 5,3 maqnitudalı zəlzələ baş verib.
Hurriyyet.az xəbər verir ki, hələ dağıntı və tələfat barədə məlumat verilməyib.
AFAD-dan verilən son məlumata görə, zəlzələ yerin 7 km dərinliyində olub.
Malatya ilə yanaşı təbii fəlakət Şanlıurfa, Elazığ, Kahramanmaraş, Qaziantepdə hiss edilib./News24.az/