📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu - Yenilənib

2026-11-25 11:36:40

Türkiyədə helikopter qəzasında 5 hərbçi həlak oldu - Yenilənib

Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.

Hurriyyet.net  xəbər verir ki, bu haqda Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinə məxsus, təlim tapşırığı üçün Eskişehirdən havaya qalxan AS-532 tipli helikopter qəza edib.

Nazirlikdən verilən məlumata görə, helikopterin qalıqlarının yeri müəyyən edilib və hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

***

Milli Müdafiə Nazirliyi hadisə nəticəsində həlak olanların olduğunu açıqlayıb.

Bildirilib ki, helikopterdə xidmət edən 5 hərbçi həyatını itirib.