Türkiyədə HHM sistemlərinin istehsalı ilə bağlı qərar verildi
2022-12-20 21:18:00
Hurriyyet.az TRT telekanalına istinadla xəbər verir ki, bu gün Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən iclasında ölkənin hava hücumlarından müdafiəsini gücləndirmək üçün “Siper”, “Hisar” və “Sunqur” sistemlərinin təkmilləşdirilmiş modellərinin istehsalına başlanması ilə bağlı qərar qəbul edilib.
Ümumilikdə müdafiə sənayesi sahəsində 25 fərqli layihə ilə bağlı qərar qəbul edilib.
Hürr Tərcüman