📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə ilk üzən hasilat platforması yola salındı

2026-10-17 23:15:04

Türkiyədə ilk üzən hasilat platforması yola salındı

Türkiyənin ilk üzən hasilat platforması olan “Osman Qazi” infrastrukturunu inşa etdiyimiz Filyos Limanından Qara dənizdəki xidmət yerinə yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu X hesabında qeyd edib.

“Sakarya Qaz Sahəsində təbii qaz hasilatını iki dəfə artıracaq bu önəmli investisiyanın həyata keçirilməsində əməyi olan hər kəsi təbrik edirəm”, - deyə Uraloğlu qeyd edib.