📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə inflyasiya əhəmiyyətli dərəcədə azalacaq - NAZİR SÖZ VERİB

2022-12-21 12:00:00

Türkiyədə inflyasiya əhəmiyyətli dərəcədə azalacaq - NAZİR SÖZ VERİB

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati Yeni Əsr İzmir İqtisadiyyat Konqresində çıxış edib və inflyasiya ilə bağlı ümidverici fikirlər səsləndirib.

Belə ki, Hurriyyet.az-ın Türkiyə mediasına istinadən veridiyi məlumata görə, Nurəddin Nəbati alınan tədbirlərlə inflyasiyanın boynu qırıldığını vurğulayıb: "Bütün bunlara Türkiyə İqtisadiyyat Modelimiz və vaxtında atılan strateji addımlarla nail olduq. Önümüzdəki aylardan etibarən inflyasiya əhəmiyyətli dərəcədə azalacaq", deyə qeyd edib.

Hurriyyet.az