📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanıldı

2026-01-28 12:47:13

Türkiyədə İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanıldı

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və polisin birgə keçirdiyi əməliyyat zamanı İrana casusluq etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, şəbəkə üzvləri ölkədəki kritik dövlət obyektləri və hərbi bazalar haqqında məlumatlar toplayaraq İran kəşfiyyatına ötürməkdə şübhəli bilinirlər.

İstanbulda saxlanılan həmin şəxslərdən 5-i türkiyəli, biri isə iranlıdır. 

Faktla bağlı araşdırma aparılır.