Türkiyədə irimiqyaslı antiterror əməliyyatı - yüzlərlə şəxs saxlanıldı
2024-05-17 10:22:44
Hurriyyet.az xəbər verir ki, Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 22 vilayətində irimiqyaslı antiterror əməliyyatı keçiriblər. Barəsində həbs qərarı çıxarılmış, axtarışda olan 239 nəfər şübhəli saxlanılıb. Onlar PKK ilə əməkdaşlıqda ittiham edilirlər.
Bu barədə məlumatı daxili işlər naziri Ali Yerlikaya öz X hesabında verib.
"Bozdoğan-39" adlandırılan əməliyyatlar nəticəsində odlu silahlar, rəqəmsal məlumatlar, terror təşkilatı ilə bağlı sənədlər müsadirə edilib.
Hürr Tərcüman