Türkiyədə irimiqyaslı əməliyyat - 100 nəfərdən artıq şübhəli saxlanıldı
2024-08-30 12:48:00
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Türkiyənin hüquq-mühafizə orqanları İstanbul, Ankara, Antalya şəhərləri də daxil olmaqla, ölkənin onlarla bölgəsində aparılan əməliyyatlar zamanı İŞİD terror təşkilatı ilə əlbir olmaqda ittiham edilən 119 nəfəri saxlayıblar. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdəki səhifələrində məlumat verib: "Ölkənin 23 vilayətində İŞİD təşkilatına qarşı aparılan əməliyyatlar nəticəsində 119 nəfər şübhəli saxlanılıb".
Hürr Tərcüman