📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə irimiqyaslı əməliyyat! 900 nəfər saxlanıldı

2023-10-03 14:24:20

Türkiyədə irimiqyaslı əməliyyat! 900 nəfər saxlanıldı

Hurriyyet.az xəbər verir ki, Türkiyənin təhlükəsizlik qüvvələri ölkədə keçirilən irimiqyaslı antiterror əməliyyatının gedişində 900 nəfərdən çox şübhəli şəxsi yaxalayıb.

“Qəhrəmanlar” əməliyyatının başlandığı barədə açıqlamanı ölkənin daxili işlər naziri Ali Yerlikaya verib. Nazirin açıqlamasında deyilir: “Ölkənin 64 vilayətində aparılan “Qəhrəmanlar” əməliyyatı çərçivəsində 928 nəfər saxlanılıb, 744 ədəd qanunsuz silah müsadirə edilib”.

Hürr Tərcüman