📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə İŞİD-ə bağlı şəxslər həbs edildi

2024-07-25 11:18:13

Türkiyədə İŞİD-ə bağlı şəxslər həbs edildi

Türkiyənin təhlükəsizlik xidmətləri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 72 nəfəri saxlayıb.

Bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya X sosial şəbəkəsində açıqlama verib.

“İŞİD terror qruplaşmasına qarşı 13 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 72 nəfər saxlanılıb”, deyə Yerlikaya yazıb.

Saxlanmalar Adana, Ankara, Antalya, İstanbul, Trabzon, Hatay və digər şəhərlərdə həyata keçirilib.

Ülviyyə, Hurriyyet.az