Türkiyədə İsrail casusları həbs edilib
Hurriyyet.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı MİT ölkədə İsrail, Rusiya və İran kəşfiyyatı ilə bağlı casus şəbəkələrini aşkar edib.
Xəbərdə Mossadın 7 agentinin həbs edildiyi, bu casusların hamısının Yaxın Şərq ölkələrindən gəldiyi bildirilir. Həbs edilənlərin İsrailin xarici kəşfiyyatına xidmət elədiklərini etiraf elədikləri deyilir.
Türkiyə mətbuatının yazdığına görə, şəbəkəyə Tel-Əvivdə çalışan 24 yaşlı gənc rəhbərlik edirmiş. Agentlərin adları məxfi saxlanılan əcnəbi vətəndaşları izlədikləri, telefonlara Mossadın izləmə proqramlarını və avtomobillərə gizli GPS ötürücüləri yerləşdirdikləri bildirilir.
Qeyd edilir ki, əks-kəşfiyyatın əməkdaşları İstanbul polisinin antiterror şöbəsi ilə birlikdə bir neçə ay ərzində şübhəliləri izləyiblər. Agentlər öz aralarında Almaniyada, İspaniyada, Malayziyada və başqa ölkələrdə qeydiyyatdan keçirilmiş birdəfəlik telefonlarla əlaqə saxlayıblar.
Hürr Tərcüman
