📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə kömür mədənində partlayışın səbəbi məlum oldu - YENİLƏNİB

2022-10-14 22:46:00

Türkiyədə kömür mədənində partlayışın səbəbi məlum oldu - YENİLƏNİB

Türkiyənin Bartin vilayətində kömür mədənində partlayışın ilkin səbəbi açıqlanıb.

Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib.

O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib. \\Konkret

21:38

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.

Bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb. \\Konkret

20:52

Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.

Hadisə yerinə xilasedicilər cəlb edilib. \\Konkret