📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə kütləvi dava baş verib: Bıçaqlananlar var - VİDEO

2022-01-01 17:33:00

Türkiyədə kütləvi dava baş verib: Bıçaqlananlar var - VİDEO

Türkiyənin Tekirdağ vilayətində onlarla xarici ölkə vətəndaşının iştirak etdiyi kütləvi davada üç nəfər bıçaq xəsarəti alıb.

Ətrafda yaşayan sakinlər gecə yarısı baş verən insidenti anbaan telefonlarına çəkərək ictimailəşdiriblər.

Əraziyə gələn polis bir neçə şəxsi saxlaya bilib.

Yaralı dava iştirakçıları xəstəxanaya yerləşdirilib.

Polis hadisənin təfərrüatını araşdırır.

Oxu.az