📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə mədən qəzasında ölənlərin sayı 28 nəfərə çatdı

2022-10-15 09:18:00

Türkiyədə mədən qəzasında ölənlərin sayı 28 nəfərə çatdı

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub. Onların da 49-u riskli bölgələrdə yerləşib.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

yenisabah.az