📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə məsciddə silahlı insident - 6 yaralı

2023-04-10 11:17:00

Türkiyədə məsciddə silahlı insident - 6 yaralı

Türkiyənin Çorum vilayətində Yalçın Göbel adlı bir şəxs təravih namazından sonra məsciddən çıxan sakinlərə atəş açıb.

Hurriyyet.az xəbər verir ki, hadisə Yukarı Örenseki kəndində baş verib. 

30 yaşlı Göbelin ov tüfəngi ilə atəş açması nəticəsində 6 nəfər yaralanıb. O, atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Hazırda Göbelin axtarışları davam etdirilir.

qafqazinfo.az