Türkiyədə meşə yanğınları davam edir
2024-06-18 22:42:22
Uşakda əkinçilik və meşə sahələrində baş verən yanğına müdaxilə davam edir.
Şəhərin mərkəzində, Akbulak kəndi yaxınlığında taxıl əkilən əkin sahələri və meşə sahələrində naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə Uşak Meşə Müdirliyindən su maşınları və Uşak Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları ilə bölgəyə çoxlu sayda qruplar sövq edilib.Küləyin təsiri ilə qısa müddətdə böyüyən yanğının söndürülməsi üçün müdaxilə davam edir.