📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə meşə yanır

2024-07-30 19:29:43

Türkiyədə meşə yanır

Türkiyənin İzmir bölgəsində meşədə yanğın başlayıb.

Hurriyyet.az “TRT Haber”- ə istinadən xəbər verir ki, İzmirin Yağcılar rayonunda meşə sahəsində hələlik bilinməyən səbəbdən yanğın baş verib.

Yanğının söndürülməsi üçün texnika və canlı qüvvə cəlb edilib.

Komandalar yanğını nəzarət altına almaq üçün qurudan və havadan səylərini davam etdirir.