Türkiyədə "Mossad"a xidmətdə ittiham edilən şübhəlilər saxlanılıb
2024-03-05 12:02:57
Hurriyyet.az TRT telekanalına istinadla xəbər verir ki, Türkiyənin polis və kəşfiyyat xidmətlərinin əməkdaşları İstanbulda casusluqda şübhəli bilinən 7 nəfəri saxlayıblar. Onlar İsrailin "Mossad" kəşfiyyatının maraqlarına xidmət etməkdə, onlara kəşfiyyat məlumatlarını satmaqda ittiham olunurlar.
Onların arasında vaxtaşırı yerli telekanalların efirlərində çıxış edən Həmzə Tuxan Ayberk də var. Onun 2019-cu ildə Belqrad şəhərində müvafiq təlim keçdiyi bildirilir.
Hürr Tərcüman