📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə mühüm ərzaq təhlükəsizliyi konfransına hazırlıq gedir

2024-07-12 11:56:56

Türkiyədə mühüm ərzaq təhlükəsizliyi konfransına hazırlıq gedir

Türkiyədə ərzaq təhlükəsizliyi və gəmiçilik azadlığı mövzusunda konfransa hazırlıq gedir. Bunu Vaşinqtonda NATO sammiti çərçivəsində türkiyəli həmkarı Ərdoğanla görüşündən sonra Ukrayna prezidenti Zelenski deyib.
Məlum olduğu kimi, taxıl müqaviləsinə 2023-cü il iyulun 17-də xitam verildi. Sonra Rusiya Türkiyə, Ukrayna və BMT-ni sazişdən çıxması barədə xəbərdar etdi. Onun bərpası üçün Moskva aşağıdakı şərtləri -"Rosselxozbank"ın SWIFT-ə yenidən qoşulması, ehtiyat hissələrinin tədarükünün bərpası, nəqliyyat logistikasının və sığortasının yaradılması, Rusiya şirkətlərinin xarici aktivlərinə çıxışının bərpasını irəli sürür.

Ülviyyə, Hurriyyet.az