Türkiyədə nə qədər qaçqın var? 17 milyon, yoxsa...
2023-07-17 12:33:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə Respulikasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə departamentinin iyulun 16-na olan məlumatına görə, hazırda ölkədə 5 milyon nədərə qədər qaçqın yaşayır.
Miqrasiya departamentinin bu açıqlamanı verməsinin səbəbi sosial şəbəkələrdə Türkiyədə 17 milyon nəfər qaçqının olduğu barədə xəbərin yayılması olub.
Açıqlamada deyilir: “Ümumilikdə ölkəmizdə 4 893 752 nəfər qaçqın qeydə alınıb. Onların sayı müntəzəm şəkildə departamentin saytında dərc edilir. Sosial şəbəkələrdə bu rəqəmlə bağlı yayılmış əsassız xəbərlər həqiqəti əks etdirmir”.
Hürr Tərcüman