📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə Putinin səfərinə hazırlıq gedir

2024-10-28 10:46:50

Türkiyədə Putinin səfərinə hazırlıq gedir

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, Türkiyədə RF Prezidenti Vladimir Putinin bu ölkəyə səfərinə hazırlıq davam edir. 
Ankaradakı mənbələr Rusiya Prezidentinin Rusiyayaya səfərinin tarixinin hələ müəyyənləşdirilmədiyini bildiriblər. Bu barədə Rusiyanın "RİA Novosi" agentliyi məlumat verib. Agentliyə məlumat verən mənbə deyib: "Bu səfəri gözləyirik, hazırlaşırıq. Lakin hələlik konkret vaxt müəyyənləşdirilməyib".
Xatırladaq ki, Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğan Kazanda keçirilən BRİKS sammitində RF Prezidenti V.Putin ilə görüşü zamanı onun tezliklə səfər edəcəyinə ümidvar olduğunu söyləmişdi.
Hürr Tərcüman