Türkiyədə qaz sammiti keçiriləcək
2023-01-04 22:29:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Şimali Makedoniyaya səfəri zamanı verdiyi açıqlamada Ankaranın beynəlxalq qaz sammiti təşkil edəcəyini bildirib.
Dönmez deyib: “Fevral ayında beynəlxalq qaz sammiti keçiriləcək. Türkiyə tərəfi Şimali Makedoniyanın iqtisadiyyat nazirini də tədbirə dəvət edib”.
Hürr Tərcüman