📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatıb

2021-08-13 10:33:00

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 27-yə çatıb

Türkiyədə sel nəticəsində ölənlərin sayı 27-yə çatıb.

"Report" “TRT Haber”ə istinadən xəbər verir ki, təbii fəlakət əsasən Qara dəniz sahillərində yerləşən Sinop, Bartın və Kastamonu şəhərlərinə ziyan vurub.

Ölüm hallarından 25-i Kastamonuda, 2-si isə Sinopda qeydə alınıb.

Bölgədə genişmiqyaslı dağıntı meydana gəlib.