📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

2026-09-20 12:23:31

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyənin cənub-qərbindəki Manisa vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

Hurriyyet.media "TRT Haber"ə istinadən xəbər verir ki, Dənizli vilayətindən Balıkəsir vilayətinə gedən avtobus idarəetmədən çıxıb.

Qəzaya uğrayan avtobusda olan 18 nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıblar. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.