Türkiyədə şiddətli partlayış baş verdi
2022-04-01 13:00:00
Türkiyənin Qaziantep şəhərində səhər saatlarında şiddətli partlayış baş verib.
Hurriyyet.az xəbər verir ki, restoranlardan birində naməlum səbəbdən 4 sənaye silindri partlayıb.
Böyük partlayışdan sonra xeyli ev, ofis və avtomobilə ciddi ziyan dəyib.Partlayış zamanı iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.