📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə son 5 gündə 1509 zəlzələ baş verib

2023-02-10 11:03:00

Türkiyədə son 5 gündə 1509 zəlzələ baş verib

Fevralın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələdən sonra bu günə qədər ölkədə ümumilikdə 1509 zəlzələ qeydə alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Xatırladaq ki, Türkiyədə dağıdıcı zəlzələdən sonra artıq 5 gündür ki, axtarış-xilasetmə işləri davam etdirilir.