📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə “Süleymançılar” təriqəti ilə bağlı həbslər davam edir - Daha 12 nəfər saxlanıldı

2026-08-22 19:00:43

Türkiyədə “Süleymançılar” təriqəti ilə bağlı həbslər davam edir - Daha 12 nəfər saxlanıldı

Türkiyədə Alihan Kuriş (Süleymançılar) cinayət dəstəsinə qarşı keçirilən əməliyyatın ikinci dalğasında aralarında təşkilat rəhbərləri, xəstəxana və İT şirkətlərinin keçmiş rəsmilərinin də olduğu 12 şübhəli saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə avqustun 13-də başladılan araşdırmalar çərçivəsində dəstənin maliyyə strukturu və qaçmaqda olan üzvlərinin gizlənmə fəaliyyətinə dair yeni sübutlar əldə edilib. Bu çərçivədə İstanbul, Konya, Mersin və Muğla vilayətlərində eyni vaxtda əməliyyatlar həyata keçirilib.

Xatırladaq ki, Türkiyədə “Süleymançılar” təriqətinin lideri kimi tanınan Alihan Kuriş avqustun 13-də keçirilən birinci əməliyyat zamanı evindəki gizli bölmədə tutulmuş və avqustun 16-da məhkəmənin qərarı ilə həbs olunaraq həbsxanaya göndərilmişdi.