Türkiyədə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR - Nazir AÇIQLADI
2022-06-02 13:36:00
“Bu il ərzində Türkiyədə dövlət hesabına təhsil alacaq tələbələri görməkdən məmnun olacağıq”.
Hurriyyet.az-ın xəbərinə görə, təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın tarixi əhəmiyyəti var:
“Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsil alması dəstəklənəcək”.