Türkiyədə terror – şəhid və yaralalılar var
2022-04-20 19:22:00
Hurriyyet.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Bursa vilayətində terror aktı baş verib. Həbsaxana gözətilərinin olduğu avtobusa əldəqayırma partlayıcı ilə hücum edilib. Hücum nəticəsində bir əməkdaş həlak olub, 7 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Həlak olmuş Çengiz Yigit 36 yaşında olub.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ilə Ədliyyə naziri Bekir Bozdağ hadisə yerinə gediblər.
Hürr Tərcüman