📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə yanğın İES ərazisinə DAXİL OLDU

2021-08-04 23:40:00

Türkiyədə yanğın İES ərazisinə DAXİL OLDU

Muğlanın Milas rayonundakı yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə sıçrayıb.

Elektrik naqillərindən qığılcımlar çıxdığından həyəcanverici siqnal işə düşüb. Bölgədə elektrik enerjisinin verilişi dayandırılıb. Yaxınlıqdakı yaşayış yerlərinin sakinləri təxliyyə olunub.

Qeyd edək ki, təhlükəsizlik məqsədilə səhər saatlarında İES yaxınlığında xəndəklər qazılıb, nitrogen boşaldılıb. \\Qafqazinfo