📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Türkiyədə yanğın qurbanlarının sayı artıb

2024-06-21 17:31:26

Türkiyədə yanğın qurbanlarının sayı artıb

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Diyarbakır və Mardin vilayətlətində baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin sayının 11 nəfərə çatdığını bildirib. Yaralılar var. Onların bir qisminin vəziyyəti ağırdır. Bu barədə "Anadolu Agentliyi" məlumat verib.
Bəlli olduğu kimi, ötən gün Türkiyənin cənub-şərqində küləşin yandırılması nəticəsində yanğın baş verib. Gecə saatlarında yanğın yaşayış məntəqələrinə çatıb. Yanğınsöndürənlər iyunun 21-də səhər saatlarında vəziyyəti nəzarətə götürə biliblər.
Hürr Tərcüman